ABŞ Yaxın Şərqə nüvə sualtı qayığı göndərdi

image-1920px-us-navy-081124-n-1841c-014-uss-georgia-ssgn-729-blue-transits-the-atlantic-intercoastal-waterwaybackend

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqə Ohayo sinfinə aid nüvə sualtı qayığının göndərildiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Amerika hərbi departamentinin məlumatında deyilir.

“5 noyabr 2023-cü ildə Ohayo sinifli sualtı qayıq ABŞ-ın Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatdı”, – məlumatda bildirilir.

Bundan əvvəl ABŞ Şərqi Aralıq dənizinə iki təyyarədaşıyan gəmi göndərmişdi.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionlarında əməliyyatların planlaşdırılmasına və ABŞ qüvvələrinin istiqamətləndirilməsinə cavabdehdir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki