Adananın Aladağ rayonunda zəlzələ baş verib.
Busaat.az bildirir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Rəyasət Heyətinin (AFAD) saytında məlumat dərc olunub.
Bildirilib ki, saat 17:36-da Adananın Aladağ rayonunda 4,5 bal gücündə yeraltı təkan qeydə alınıb.
Zəlzələ yerin təxminən 7,3 kilometr dərinliyində baş verib.