AFFA-dan VAR sistemi ilə bağlı açıqlama

image-141911backend

Azərbaycan VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FIFA ilə videokonfrans formatında ilk görüş keçirilib.

Busaat.az AFFA-nın saytına istinadən xəbər verir ki, proses bu ilin martından mərhələli şəkildə təmin olunacaq.

Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.

Sonuncu – 5-ci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə keçiriləcək.

Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.

image-141913

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90