Şahruddin Məhəmmədəliyev Türkiyəyə gedib

image-sahruddin-mehemmedeliyevbackend

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev bu gün Türkiyəyə gedib.

Bu barədə Busaat.az-a AFFA-nın mətbuat katibi Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə oyun ərəfəsində yığmanın düşərgəsini tərk edən qapıçı axşam saatlarında Bakıya qayıdacaq. 29 yaşlı qolkiper Superliqa klubu “Adana Dəmirspor”la müqavilə bağlayacaq.

Qeyd edək ki, “Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik sazişə qol çəkməsi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90