AFFA millimizə görə UEFA ilə danışıqlar aparır

image-affabackend

Azərbaycanın U-17 millisinin Belçikada keçirilən Avropa çempionatının seçmə mərhələsində keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır.

Busaat.az  xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Qəbul olunacaq yekun qərarlar oktyabrın 8-də açıqlanacaq.

Yığmanın 3 futbolçusu – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib.

Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları hoteldə karantin rejimindədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90