AFFA Misli Premyer Liqasında çıxış edən “Zirə” və “Şamaxı”nı cəzalandırıb.
Busaat.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
XXXV turun “Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə ev sahibi klub 800 manat cərimələnib.
“Şamaxı” – “Araz-Naxçıvan” oyununda isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib