Afrika Millətlər Kuboku başlayır

image-ulbackend

Bu gün Afrika Millətlər Kuboku start götürür.

Busaat.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası tərəfindən təşkil olunan 34-cü turnir Fil Dişi Sahilində baş tutacaq.

Yarış 13 yanvar – 11 fevral tarixləri arasında keçiriləcək. Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparır.

Turnirin son qalibi Seneqal milli komandasıdır.

Qeyd edək ki, yarışda Azərbaycan Premyer Liqasından Kabo-Verde yığmasında çıxış edən “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade iştirak edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki