Məzmuna keç
  • Brent neft95.42 $▲0.16%
  • WTI neft88.39 $▲0.06%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.135 $▼0.73%
  • Qızıl3 872 $▲0.05%
  • Gümüş47.56 $▲0.51%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 552 $▼1.17%
  • Ethereum1 810 $▼1.34%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Aftandil İsrafilovun ölüm səbəbi AÇIQLANDI

image-1682758639_1120061
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, 82 yaşlı Xalq artisti Aftandil İrafilov vəfat edib.

Busaat.az Bİzim.media-ya istinadla xəbər verir ki, mərhumun qardaşı qızı Nəzrin xanım sənətkarın bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirib:

“Aftandil müəllim səhər saat 10:00 radələrində müalicə aldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalında vəfat etdi. Əmimin ürəyi dayanıb, problem onun böyrəklərində idi. Çünki Aftandil İsrafilov uzun zaman idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Ailəmiz üçün çox böyük itkidir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına yerləşdirilmişdi. Daha sonra evə buraxılan Xalq artisti dekabrda yenidən vəziyyəti ağırlaşdığına görə eyni hospitala müalicəyə aparılmışdı.

A.İsrafilov uzun müddət orada müalicə aldıqdan sonra yenidən evə buraxılmışdı. Martın 26-da isə Xalq artisti A.İsrafilovun səhhəti yenidən pisləşdiyi üçün o, təkrar sözügedən tibb mərkəzinə yerləşdirilmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108252