Ağ Ev məlumat yaydı: Ceyms Vens Bakıya BUNA GÖRƏ GƏLİB

image-agevbackend

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfəri çərçivəsində axşam saatlarında Bakıya gəlib.

Busaat.az Musavat.com-a istinadla xəbər verir ki, rəsmi səfər proqramına əsasən, vitse-prezidentin təyyarəsi – Air Force Two – yerli vaxtla saat 15:54-də Ermənistandan havaya qalxıb, 17:08-də isə Azərbaycanın paytaxtı Bakı yaxınlığında eniş edib.

ABŞ vitse-prezidenti və onu müşayiət edən nümayəndə heyəti yerli vaxtla 17:26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi qarşılanma mərasimində iştirak edib. Qarşılanma zamanı vitse-prezident təyyarə trapından enərkən qızı Mirabelin əlindən tutub. ABŞ-ın “ikinci xanımı”na yaşıl xalça üzərində gül dəstəsi təqdim olunub, Mirabelə isə daha kiçik gül dəstəsi verilib. Rəsmi mərasim protokol qaydalarına uyğun şəkildə təşkil olunub.

Aeroportda ABŞ vitse-prezidenti və ailəsini Azərbaycan tərəfindən aşağıdakı rəsmi şəxslər qarşılayıb:

– Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifov,
– xarici işlər nazirinin müavini Elnur Məmmədov,
– Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim,
– ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Amy Carlon.

88059809f9dc044eafcf56a38a83eb8e.jpg (103 KB)

Rəsmi qarşılanmadan dərhal sonra, saat 17:31-də, ABŞ vitse-prezidentinin korteji Bakı şəhəri istiqamətində hərəkət edərək Zuğulba Prezident Sarayına yollanıb. Səfər proqramına uyğun olaraq, Ceyms Devid Vensin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü nəzərdə tutulur. Görüşdən sonra geniş tərkibli ikitərəfli danışıqların keçirilməsi planlaşdırılır. Tərəflərin mətbuat üçün açıqlama verməsi gözlənilir, lakin açıqlamaların dəqiq vaxtı hələlik bildirilməyib.

Səfər fonunda diqqət çəkən məqamlardan biri də ABŞ vitse-prezidentinin rəsmi X hesabında (keçmiş Twitter) paylaşılan və daha sonra silinən postla bağlı yaranan müzakirələr olub. Həmin paylaşımda vitse-prezident və “ikinci xanım”ın guya səhər saatlarında “1915-ci il erməni soyqırımı qurbanlarının xatirəsinə” ucaldılan abidəni ziyarət etdiyi iddia edilirdi. Vitse-prezident aparatının rəsmisi bildirib ki, bu paylaşım nümayəndə heyətinə daxil olmayan texniki əməkdaşlar tərəfindən səhvən yerləşdirilib və dərhal silinib.

ABŞ vitse-prezidentinin mətbuat katibi isə məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, sözügedən hesab əsasən vitse-prezidentin fəaliyyəti ilə bağlı foto və videoların paylaşılması üçün istifadə olunur. Onun sözlərinə görə, vitse-prezidentin mövqeyi ilə bağlı rəsmi münasibət daha əvvəl, jurnalistlərin suallarına cavab olaraq, hava limanında açıqlanıb.

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri Vaşinqton–Bakı münasibətləri, regional təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlıq kontekstində diqqətlə izlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki