Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.84 $▼3.60%
  • WTI neft85.06 $▼3.71%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.121 $▼1.17%
  • Qızıl3 859 $▼0.29%
  • Gümüş46.91 $▼0.87%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin65 336 $▲0.03%
  • Ethereum1 829 $▼0.30%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Ağadadaş Ağayev amnistiyaya düşüb

image-agadadas-0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xalq artisti Ağadadaş Ağayev amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

“Report”un məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib, onun məhkumluğu götürülüb.

Bundan başqa A. Ağayevlə insident yaşayan və şərti məhkum edilən “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilov barəsində də amnistiya aktı tədbiq edilib və o da cəzadan azad edilib.

Xatırladaq ki, Ağadadaş Ağayevə 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin edilən cəza şərti hesab edilərək 1 il sınaq müddəti seçilmişdi.

Qeyd edək ki, ittihamda 2024-cü ilin iyul ayında Ağadadaş Ağayevin “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilovla mübahisə etdiyi, mübahisə zamanı Xalq artistinin mühafizəçiyə balta atdığı, həmin baltanın hospitalda xadimə işləyən Nəzakət Paşayevaya dəydiyi bildirilib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınmışdı.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar.

Həmçinin A.Ağayev “MedEra” hospitala, eləcə də qarşı tərəf Xalq artistinə qarşı mülki iddia qaldırıb, sonradan mülki iddiaya da xitam verilib.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178980