Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 826 $▲1.12%
  • Ethereum1 805 $▲2.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Maqazin

Ağakərimin oğlundan Naziləyə - “Maştağanın öz qanunları var”

image-1638797371_hjhjjhjhjh
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Meyxanaçı Kərim Novruzovun (Ağakərim) oğlu Kamil şairə Nazilə Səfərlinin ittihamlarına cavab verib.

O, bu barədə OLAY-a açıqlamasında səsləndirilən iddiaları yalanlayıb. Kamil N. Səfərlinin qərəzli şəkildə paylaşım etdiyini bildirib:

“Nazilə xanımın paylaşımı qərəzlidir. Belə deyək, Maştağada yaşayırıq, buranın öz qanunları var. Evdə kişi olmayanda xanım qapını açmır. Onlar da mən evdə olmayanda gəliblər. Bizim məhəllədə qohumumuzun mağazasına yaxınlaşıblar, sonra mənə zəng etdilər. Mən dedim ki, evdə yoxam. Onlar da evə gediblər, qapını döyüblər, təbii ki, açmayıblar. Hansı düşüncə ilə video çəkib, bilmirəm. Amma heç bir qadağa yoxdur. Sadəcə gəlmək istəyən hər kəsə deyirəm ki, 3-4 saat əvvəldən xəbər edin. İş adamıyam, mən də evdə olum. Ağamirzənin çəkiliş etməsindən narazı olsaq, icazə verməzdik. O videonu mənim yanımda çəkib. Burada bir problem yoxdur. Bizim razılığımız olmadan, çəkiliş edən yeganə insan Nazilə Səfərlidir”.

Qeyd edək ki, N. Səfərli meyxanaçını ziyarət etmək üçün evinə yollanıb. Lakin ona qapı açan olmayıb. Bunun ardınca o, video çəkərək deyib ki, meyxanaçının oğlu Kamil nəinki sənət adamlarını, hətta  qohumlarını da evə buraxmır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65140