
Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yaxından dəstək verməyə sadiqdir – Borrell
Avropa İttifaqı (Aİ) münasibətlərin normallaşması istiqamətində həm Ermənistanı, həm də Azərbaycanı yaxından dəstəkləməyə sadiq qalır.
Busaat.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Twitter hesabında yazıb.
Borrel Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ilə görüşünə münasibət bildirib.
“Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə regionda sülhün qurulması və münaqişənin davamlı həlli istiqamətində irəliləyiş yollarını müzakirə etdik. Aİ münasibətlərin normallaşması istiqamətində həm Ermənistanı, həm də Azərbaycanı yaxından dəstəkləməyə sadiq qalır” – deyə, Borrell qeyd edib.
Busaat.az























