Aİ və BMT İran qınadı

image-bmt-aibackend

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) İranın etirazlar zamanı həbs edilən bir şəxsi edam etməsini pisləyib və İranı ölüm hökmünü dayandırmağa çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin ofisi yayıb.

Ofisdən verilən yazılı açıqlamada deyilir: “Aİ İran hakimiyyətini ölüm cəzası tətbiq etməkdən və gələcək edamlardan çəkinməyə və düzgün siyasət yürütməyə çağırır. Ölüm hökmünün tamamilə ləğvi lazımdır”.

Bəyanatda həmçinin İran hakimiyyətinin məcburi etiraflardan istifadə etdiyi bildirilib və İran tərəfi bunu dayandırmağa çağırılıb.

“Aİ ölüm hökmünün hər zaman və istənilən şəraitdə tətbiqinə qəti və prinsipial etirazını bir daha bəyan edir. Ölüm cəzası qəddar və qeyri-insani cəzadır, cinayət törətmək üçün heç bir maneə törətməyən və insan ləyaqətinin və hüquqlarının qəbuledilməz inkarını təmsil edir” – deyə, bəyanatda qeyd edilib.

 

Birləşmiş Millətlər Təşkilatının BƏYANATI

BMT-dən verilən yazılı açıqlamada BMT ekspertlərinin İranda edam hökmləri ilə bağlı narahatlıqlara diqqət çəkdiyi bildirilib.

Bəyanatda Tehran İslam İnqilab Məhkəməsinin 23 yaşlı iranlı gənci “Allaha qarşı müharibə aparmaqda” günahlandırdığı və İran hakimiyyətinin indiyədək 12 nəfərin edam hökmünü təsdiq etdiyi qeyd edilib.

Ekspertlər həmçinin İranı ölüm cəzasını ləğv etmək üçün moratorium qoymağa çağırıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90