AİHM Fransa əleyhinə hökm çıxardı

image-_116089869_tv063680515backend

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 3 sığınacaq axtaran ailənin mənzil tələblərinin vaxtında yerinə yetirilməməsi ilə bağlı dünən verdiyi qərarla Fransanı günahkar bilib.

Busaat.az xəbər verir ki, AİHM-in qərarına görə, 3 sığınacaq axtaran ailənin təcili sığınacaq tələblərini nəzərə almayan Fransa Avropa İnsan Haqları Konvensiyasının ədalətli mühakimə hüququ ilə bağlı 6-cı maddəsinin 1-ci bəndini pozub.

Məhkəmə Fransanın 3 ailəyə ayrı-ayrılıqda 5 min avro, məhkəmə xərcləri üçün isə 7 min 150 avro ödəməsinə qərar verib.

İkisi Konqolu və biri gürcü olmaqla üç ailə 2018-ci ildə sığınacaq almaq üçün Fransaya gəlib.

Ölkənin cənubunda yerləşən Yüksək Qaronna Qubernatorluğu 3 ailəyə sığınacaq verib, lakin onların sığınacaq tələblərinə cavab verməyib.

Bunun üzərinə 3 ailə ayrı-ayrılıqda Tuluza məhkəməsinə müraciət edib. Tuluza məhkəməsi sığınacaq axtaranlara yaşayış yeri ilə bağlı yardım etmək qərarına gəlib, lakin Yüksək Qaronna Qubernatorluğu qərara əməl etməyib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki