Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Kriminal

Ailənin tək oğlunun Türkiyədən cənazəsi gəldi - 22 yaşlı oğlanın müəmmalı ölümü

image-64a137347ace4202307233708
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ata çörək pulu arxasınca Rusiya, gənc oğul isə Türkiyəyə üz tutmuşdu. Bir müddətdən sonra ata oğlunu vətənə gətirdi, amma cansız bədənini.
Qazax rayon, Qazaxbəyli kənd sakini Hüseynin qəfil ölümü hər kəsi təəccübləndirib. İşləmək üçün Türkiyəyə gedən 22 yaşlı gəncin vəfatı hər kəsi sarsıdıb. Onunla gedən yoldaşları deyirlər ki, Hüseynin indiyə kimi səhhəti ilə bağlı ciddi şikayəti olmayıb.

Faciə ötən ilin dekabrında Türkiyənin Balıkesir vilayətinin Yeniköy qəsəbəsində baş verib.

Qazaxbəyli kəndinin üç gənci qazanc arxasınca həmin ünvana üz tuturlar. Orada hind toyuğu saxlayan fermerin yanında muzdurluq edirlər.

İşdən sonra yoldaşları əylənmək üçün evdən çıxsalar da, Hüseyn evdə istirahətə üstünlük verir. Qayıdanda isə evdə onu ölmüş vəziyyətində tapırlar.

1995-ci təvəllüdlü Məmmədov Hüseyn Məhəmmədəli oğlunun yoldaşı Coşğun bildirir ki, Hüseyn divanda uzanıqlı vəziyyətdə qalmışdı və qulağından qan gəlirdi. “İndiyə qədər səhhətindən şikayətçi olmamışdı, sadəcə arada deyirdi ki, böyrəkləri ağrıyır”.

Oğlunun qara xəbərini alan ata cənazəni gətimək üçün Rusiyadan Türkiyəyə gedir.

Həkimlər ölüm səbəbi kimi beyinə qansızma göstəriblər. Lakin bu səbəb doğmalarını razı salmayıb. Onlar sağlamlığından şikayətçi olmayan gəncin qəfil ölümündə şübhəli məqamaların oduğu qənaətindədirlər.

Hüseyn iki bacının bir qardaşı idi. (referans.az)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114200