Aktirasının faciəli həyatı

image-fb_img_1739281357281backend
image-ad_qayo_720x110px

1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Onu bağışlamaq olarmı?” filminin ssenarisi Mehdi Məmmədovun “Bahar” pyesinin əsasında yazılıb. Rejissor Rza Təhmasibin çəkdiyi filmdə cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin fəaliyyətindən və cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.

Filmdə erməni mənşəli sovet kinoaktyoru Qurgen Ovanesoviç Tonunts –Tərlan və sovet kinoaktrisası Manana Abuyeva-Sevda rolunda iştirak ediblər.

1944-cü ildə anadan olan aktrisa “Gün çıxmazdan əvvəl” filmində Xonar, “Səhər” filmində Süzanna, “Onu bağışlamaq olarmı?” filmində Sevda rolu ilə yaddaşlarda qalıb. Gözəl aktriasının faciəli həyatı da məhz bu filmdən sonra başlayır.

Filmə baxan tamaşaçılardan biri ona dəlicəsinə vurulur. Ona müxtəlif hədiyyələr göndərən şəxs dəfələrlə Manana xanıma evlilik təklifi göndərsə də, aktrisa ona imtina edir.

Manyakcasına onu izləyən şəxs xəbər göndərir ki, əgər onunla evlənməsə onu öldürəcək. Sözünü də tutur.

Manana Abuiyeva evə gedən zaman sürətlə maşını aktriasının üzərinə sürərək onun öldürür.

Zaur Əliyev

Dosent

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki