Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 889 $▲1.21%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Maqazin

Aktrisa Pərvin Abıyeva həbs oluna bilər - SƏBƏB

image-1685778564_1685774689_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Aktrisa Pərvin Abıyeva barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib. Buna səbəbsə aktrisanın külli miqdarda vergi borcunun olmasıdır. Beləki, hazırda onun 9 min 686 manat vergi borcu var.

Bəs, külli miqdarda vergi borcu olan Pərvin Abıyevanı hansı cəza gözləyir?

Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib.

Busaat.az-ın məlumatına görə, o, Bizim.Media-ya açıqlamasında bildirib ki, əgər Abıyeva gəlirlərini qəsdən azldıbsa və yaxud sənədləri saxtalaşdırıbsa onda ona cinayət işi açıla bilər:

“Yox, əgər söhbət sadəcə hesablanmış vergini ödəməməkdən gedirsə, onda Vergi Xidməti onun ölkədən çıxışına “stop” qoya bilər. Bu praktikada ən çox rast gəlinən haldır. Burda ikinci bir addım kimi Abıyevanın bank hesabları dondurula bilər. Bu zaman hesabdakı pullardan vergi borcları avtomatik olaraq çıxılır. Bank hesabı yoxdursa, onda Vergi Xidməti icra vərəqəsi yaza bilər. Qeyd edək ki, bu səlahiyyət vergi orqanlarına yeni verilib. Və bu icra həmin şəxsin əmlakına yönəldilir”.

Əsabəli Mustafayev təəssüflə bildirdi ki, Azərbaycanda belə bir hal formalaşıb ki, bəziləri gəlirlərini gizlətmək və vergidən yayınmaq üçün adına heç bir əmlak sənədləşdirmir:

“Belə vəziyyətdə isə Vergi Xidməti pulun Abıyevadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu müraciətdən sonra məhkəmə müvafiq qərar çıxardır. Əgər məhkəmənin bu qərarı da icra olunmasa onda o şəxs barədə əvvəlcə İnzibati Xətalar Məcəlləsinə əsasən iş başlanılır. Burada həm həbs var, həm də cərimə. Əgər məhkəmənin bu qərarı da icrasız qalarsa, onda məhkəmə qərarının icra olunmaması ilə bağlı cinayət işi başlana bilər. Burada isə ancaq həbs cəzası var”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111634