Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.44 $▲0.01%
  • WTI neft85.77 $▲0.12%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.227 $▲0.44%
  • Qızıl4 131 $▲0.16%
  • Gümüş53.29 $▲0.08%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda591.00 ¢▲0.38%
  • Bitcoin74 597 $▼0.88%
  • Ethereum2 117 $▼0.72%
  • S&P 5007 550▲2.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Ali liderin varisliyi məsələsi: Xamenei ailəsi gündəmdədir

image-10jpg-1750689287
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir.

Yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur.

Mənbənin məlumatına görə, aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və nəvəsi Həsən Xameneidir.

Qeyd edək ki, Ali lider vəfat edərsə, İran konstitusiyası 88 üzvdən ibarət Ekspertlər Assambleyasının varis seçməsini tələb edir. Xameneinin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Xameneinin “asan hədəf” olduğunu bildirərək, hələlik onun öldürülməsinə lüzum duymadığını deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu Ali lideri hədəf almağı istisna etməyib və deyib ki, “Onun ölümü münaqişəni sona çatdıracaq”.

İsrailin müdafiə naziri İsrael Katz isə bəyan edib ki, Xameneinin İsraildəki xəstəxanaya “vur” əmrindən sonra onun varlığına icazə verilə bilməz.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=168829