Elm dünyası da qadınların hansı tip kişilərin cazibədar göründüyü ilə bağlı qollarını çırmalayıb.
Busaat.az xəbər verir ki, alimlər elmi cəhətdən sübut edərək qadınların diqqətini daha çox cəlb edən kişilər haqqında məlumat verib.
Kişi və qadın münasibətləri həmişə maraq mövzusu olub. Kişi və qadınların bir-birinə maraq göstərmə səbəbləri tez-tez müzakirələrə səbəb olarkən, elm adamları bu məsələyə aydınlıq gətirmək istəyiblər və apardıqları araşdırmalara əsasən qadınların hansı tip kişilərə daha çox meyl etdiyini sübut ediblər.
Araşdırmalara görə, qadınların qarşısıalınmaz hesab etdiyi və elm tərəfindən dəstəklənən xüsusiyyətlərə bunlar daxildir:
– Gözəl görünüş önəmli faktor olsa da, düşünüldüyü qədər təsirli deyil. Tədqiqatlar göstərir ki, bu kriteriya qadınlar üçün uzunmüddətli əlaqələr zamanı təsirli deyil, əksinə onlar qısamüddətli münasibətlər üçün daha yaxşı görünən kişiləri seçirlər.
– Qadınlar üçün yumor hissi çox vacibdir. Alimlər bunun kişiləri daha ağıllı göstərdiyini aşkar ediblər.
– Uzun münasibətlər üçün qadınlar xeyirxah və yaxşı işlər görən altruist kişilərə üstünlük verirlər.
– Saqqal və bığ kimi fiziki xüsusiyyətlər araşdırmalarda həm cəlbedici, həm də iyrənc adlandırılıb; buna görə də bu xüsusiyyət, ehtimal ki, şəxsi zövqə və üstünlüklərə əsaslanır.
– Köhnə araşdırmalar əksini desə də son araşdırmalar hesab edir ki, kişilərin qadınlardan imtina etməsi təsirli bir taktika ola bilər. Kişilər əlçatan olmadıqlarını söylədikdə, bu, qadınların onları daha çox istəməsinə səbəb olur.
– Araşdırmalar göstərib ki, iti olan kişilər qadınlarla daha yaxşı anlaşır.
– Sürətli baş verən tanışlıqlarda qadınlar diqqətli və mühakimə etməyən kişilərdən daha çox təsirlənirlər.
– Başqa bir araşdırmaya görə, bütün dünyada qadınlar qırmızı geyinəndə kişiləri daha cəlbedici görüblər.
– Qadınlar həyat qurtarmaq və ya ehtiyacı olanlara yemək təşkil etmək kimi “qəhrəmanlıq” nümunələrini, bəzən də primitiv riskləri götürdükdə kişiləri daha cəlbedici hesab edirlər.
Qeyd edək ki, araşdırmada bu halların bütün qadınlara aid olmadığı da qeyd edilib.
Busaat.az