Almaniya yığması 20 ildən sonra seçmə mərhələdə məğlub oldu

image-29fb1a55-81a7-34f3-8882-a5645b2913d1_850backend

Almaniya millisi 20 ildən sonra futbol üzrə dünya çempionatlarının seçmə mərhələsində uduzub.

Busaat.az xəbər verir ki, DÇ-2022-nin seçmə oyununda evdə Şimali Makedoniyaya 1:2 hesablı məğlubiyyət Bundestimin bir neçə rekordunun qırılmasına səbəb olub.

Komanda Yoahim Lövün rəhbərliyi altında seçmə mərhələlərdə ardıcıl 18 qarşılaşmada qələbə qazanmış və 35 görüşdə (30 qələbə, 5 heç-heçə) məğlub olmurdu.

Almaniya son olaraq 2001-ci ildə DÇ-2002-yə gedən yolda İngiltərəyə 1:5 hesabı ilə uduzub. Komanda daha əvvəl isə mundialların seçmə mərhələlərində 1985-ci ildə Portuqaliyaya məğlub olub – 0:1.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90