Almaniyada güclü partlayış – Yaralılar var + Video

image-almaniya-partlayisbackend

Almaniyanın Leverkuzen şəhərində güclü partlayış baş verib.

Busaat.az  “Rheinische Post” qəzetinə istinadən xəbər verir ki, partlayış səhər saatlarında baş verib.

“FOCUS Online” nəşrinin yaydığı məlumata görə isə, partlayışın Almaniyanın “Bayer” farmaseptik şirkətinin obyektlərindən birində baş verdiyi ehtimal olunur. Böyük ehtimalla partlayış tullantıların yandırılması zavodunda baş verib.

Partlayışın səbəbi və xəsarət alanlar barədə məlumat hələ ki, açıqlanmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

***

Şimali Reyn-Vestfaliya federal torpağının polisinin öz tvitter hesabında verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var.

“Leverkuzen-Vizdorfda vəziyyət hələ aydınlaşdırılmayıb. Hadisə yerində çox sayda polis əməkdaşı var və onlar vəziyyəti aydınlaşdırır. Bir neçə yaralı var”,- deyə məlumatda qeyd olunur.

Partlayışın məhz harada baş verməsi ilə bağlı bir neçə fərziyyə var. Belə ki, “Bild” qəzeti partlayışın Leverkuzen şəhərində “Currenta” kimyəvi müəssisəsində baş verdiyini yazır. Lakin “WDR” telekanalının məlumatına görə isə, insident neft bazasında olub.

Hazırda şəhərin üzərində qara duman müşayiət olunur. Sakinlərə evlərin qapı və pəncərələrini bağlamaqla bağlı xəbərdarlıq edilib.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90