Amerikada adından söz etdirən həmyerlimiz – Zaur Cəlil

image-399725627_365131685898866_1240894913394470566_nbackend

“ABŞ-də cüdo məşqçisi kimi fəaliyyət göstərirəm”.

Bunu “Busaat.az“-a açıqlamasında usta cüdoçular arasında ABŞ-də keçirilmiş Dallas Open və Prezident Kuboku yarışında qızıl medal qazanmış azərbaycanlı Zaur Cəlil deyib.

Uğurlu çıxışları ilə qürur mənbəyimiz olan veteran həmyerlimiz hər iki yarışda çempion olması barədə bu sözləri deyib:

“2006-cı ildən ABŞ-ın Vaşinqton şəhərində yaşayıram. İşlərimlə bağlı hal-hazırda Bakıya gəlmişəm. Hərbi xidməti başa vurduqdan  sonra bu ölkəyə getmişdim və orada müxtəlif yarışlara iştirak etmişəm. 15 il Minnesotada yaşamışam və 14 dəfə bu ştatda cüdo üzrə çempion olmuşam. Üç dəfə isə ABŞ çempionatının qızıl medalını əldə etmişəm”, – deyə Zaur bildirib.

Zaur Cəlil həmçinin ABŞ-də polislərə də dərs keçdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Zaur Cəlil Dallas Open və Prezident Kuboku yarışında 81 kq-da bütün rəqiblərinə qalib gələrək çempionluq əldə edib.

Biz də öz növbəmizdə həmyerlimizi ürəkdən təbrik edir, yeni-yeni naliyyətlər arzu edirik.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki