Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

"Anadolu" tibb klinikasının rəhbəri və müavini HƏBS OLUNDU

image-xestexana1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mingəçevirdə yerləşən “Anadolu” tibb klinikasının rəhbəri və müavini həbs olunub.

Gundem.az ın məlumatına görə, ötən ilin mart ayında ölkənin tanınmış incəsənət xadimlərinin iştirakı ilə baş tutan konsert proqramı ilə Mingəçevir şəhərində fəaliyyətə başlayan “Anadolu” klinikasının rəhbəri Alper Mövlud Ceylan və onun müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Əldə olunan ilkin məlumata görə, klinikaya qəbul olunan şəxslərdən işə qəbul müqabilində daşıyacağı vəzifəyə görə müəyyən məbləğdə vəsait alınıb və həmin vəsaitin depozit olaraq yatırılaraq müəyyən müddət sonra qaytarılacağı vəd olunub. Amma pasient azlığı və gəlirlər rəhbərliyə vədlərinə əməl etməyə imkan verməyib. Bu səbəbdən şikayətçi əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb. Yerdə qalan əməkdaşlara isə ümumiyyətlə əmək haqqı ödənməyib və yalnız ödəniləcək vədi verilib. Klinika rəhbərinin müavini Kərim Nadirov isə bir az da irəli gedərək yatırılan depozitlərin bir çox hissəsini mənimsəyərək ümumiyyətlə qeydə alınmasını təmin etməyib.

Unikal.org

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97084