Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.78 $▼1.11%
  • WTI neft87.90 $▼0.75%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.160 $▼2.17%
  • Qızıl3 871 $▼0.39%
  • Gümüş47.44 $▼3.42%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin65 025 $▼0.24%
  • Ethereum1 820 $▼0.40%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Son dəqiqə

Anasının döydüyü qız reabilitasiya şöbəsinə YERLƏŞDİRİLDİ

image-1701505101_656ae5b710336656ae5b7103371701504438656ae5b710333656ae5b710335
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sosial şəbəkədə 16 yaşlı qızın döyülərək evdən qovulması ilə bağlı xəbər yayılıb.

Bununla bağlı Sosial Xidmətlər Agentliyindən Busaat.az-a bildirilib ki, sözügedən yeniyetmə Agentliyin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinə yerləşdirilib.

“Onunla bağlı ilkin qiymətləndirmə aparılaraq, zəruri ilkin tibbi yardım həyata keçirilir. O müəssisədə reabilitasiya xidmətləri ilə əhatə olunacaq”, – deyə cavabda qeyd edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda qeyd edilmişdi ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin, məsələ ilə bağlı rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129591