Ançelotti klub rəhbərinin tələblərini yerinə yetirmir

image-karlo-ancelottibackend

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Madrid komandasının prezidenti Florentino Peresin tələblərini yerinə yetirmir.

Busaat.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ötən mövsüm “Los Blancos”un rəhbəri italiyalı mütəxəssisə yarımmüdafiəçilər Toni Kroos və Luka Modriçi start heyətdə birlikdə oynatmamağı dəfələrlə tövsiyə edib. Mövsümlərarası yaydan sonra futbolçuların rolu azalmalı idi. Qeyd olunur ki, Florentino Peresin ideyası “Real Madrid”in gəncləri Eduardo Camavinga, Aurelien Tchouameni və Jude Bellinghamın mümkün qədər çox oyun vaxtı əldə etməsini təmin etməkdir.

Xatırladaq ki, “Real Madrid”in heyətində “Atletiko” ilə İspaniya Primerasının 6-cı tur matçında Luka Modriç və Toni Kroos start heyətdə yer alıb.
İspaniya La Liqasının 5 turundan sonra “Los Blancos” 15 xal toplayıb və hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90