Cari il Antalyaya hava yolu ilə gələn turistlərin sayı 7 milyon 37 min 883 olub.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Vali Ersin Yazıcı sosial media hesabında Antalyanın dünya turizmində cazibə mərkəzi olmağa davam etdiyini paylaşıb.
Müxtəlif ölkələrdən gələn turistlərin şəhərdə istirahət etdiyini bildirən Ersin Yazıcı “Yaşılın mavi ilə, mavinin tarixlə qovuşduğu ölkəmizin turizm paytaxtı Antalyaya beynəlxalq xətlərdən gələn turistlərin sayı dünəndən etibarən 7 milyon 37 min 883-ə çatıb” deyib.