İyulun 15-də Antalya Hava Limanında 207 min 84 sərnişinlə bütün zamanların rekordu qırılıb.
Busaat.az xəbər verir ki, Antalya valisi Ersin Yazıcı, sosial media hesabından etdiyi paylaşımda “15 iyul şənbə günü Antalya hava limanımız 97 min 900-ü beynəlxalq sərnişin olmaqla cəmi 207 min 84 sərnişinlə bütün zamanların sərnişin rekordunu qırdı. Antalyada hədəflərimizi yüksəltməyə və rekordları qırmağa davam edəcəyik” deyib.
Digər tərəfdən, eyni gündə hava limanından 1164 uçuş həyata keçirilib.