Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib – YENİLƏNİB

image-sehid-polis-ezizbey-muradovbackend

Azərbaycan Ordusu tərəfindən erməni separatçılarına qarşı Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində ağır yaralanaraq şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polisi Əzizbəy Etibar oğlu Muradov Sabirabadda dəfn edilib.

Busaat.az xəbər verir ki, şəhidin nəşi Ulacalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon rəhbərliyi, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı atasına təqdim olunub.

11:53

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.

Busaat.az xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.

Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq.

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki