“Apple” bütün məhsullarında “microLED” texnologiyasından istifadə edəcək

image-apple-to-start-using-in-house-microled-displays-from-2024backend

“Apple”ın gələcək planları ilə bağlı yeni məlumatda bütün məhsullarında “microLED” texnologiyasından istifadə etməyə başladığı bildirilib.

Busaat.az xəbər verir ki, “Apple” 2024-cü ildə satışa çıxaracağı “Apple Watch Ultra”da “microLED”lərdən istifadə etməyi planlaşdırıb.

Yeni məlumatlar göstərir ki, bu yeniləmədən sonra “microLED”dən istifadə bütün məhsul çeşidinə yayılacaq.

“Webtekno”nun xəbərinə görə, “Apple” gələcək ağıllı saatlarında “LG” istehsalı olan “microLED”lərdən istifadə edəcək. Ancaq bundan daha önəmli şeylər də var. 2025-ci ildə satışa çıxarılacaq “Apple Watch Ultra”dan sonra “iPhone”, “iPad” və “Mac” seriyası da daxil olmaqla bir çox məhsulda “microLED” funksiyası istifadə edilə bilər.

Mark Qurmanın “Power On” bülleteninə görə, “Apple” 2017-ci ildə T159 kod adlı öz xüsusi hazırlanmış “microLED” displeylərinə təxminən altı il sərf etdikdən sonra nəhayət bu texnologiyadan real məhsulda istifadə etməyə başlayır.

Yanvarın əvvəlində dərc edilən tədarük zənciri hesabatında, “microLED” texnologiyasının 2025-ci ildə “Apple Watch”da istifadə oluna biləcəyi ifadə edilib, lakin “Apple Watch Ultra”nın 2024-cü il yeniləməsinin bu texnologiyadan ilk dəfə istifadə edəcəyi ehtimal edilir.

Qurman proqnozlaşdırır ki, 2024-cü ildə bu buraxılışdan sonra “Apple” növbəti “microLED” təkmilləşdirməsi üçün əvvəlcə “iPhone”, ardınca “iPad”lərdə və daha sonra “Mac”lərdə istifadəyə cəhd edəcək. Bu o deməkdir ki, “Apple” nəhayət bütün əsas məhsul kateqoriyalarına “microLED” texnologiyasını əlavə edəcək.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki