Aprel imtahanlarında iştirak edə bilməyənlərin nəzərinə

image-dovletimtahanbackend

“Gələn həftə V qrupa və orta ixtisas məktəblərinə əvvəlki illərin məzunları sənəd verdikdən sonra, müəyyən kontingent müəyyənləşdirildikdən sonra qəbul imtahanlarının tarixi elan ediləcək”.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, imtahan tarixini elan etmək məsuliyyətli məqamdır: “Biz həmişə Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayırdıq və onlarla birgə müəyyən edirik. Çünki bu, kütləvi prosesdir və təhlükəsizlik təmin olunmalıdır. Bu il isə karantinlə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunandan sonra tarixləri müəyyən edə bilirik. Məzunlarla bu, çətin deyildi, çünki onların təhsil aldıqları məktəblər məlumdur. 5 günə əsas kontingenti formalaşdırandan sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsinin baş tutma tarixini açıqlaya bilərik”.

M. Abbaszadə qeyd edib ki, aprel ayında keçirilən 11-ci sinfin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən təxminən 200-250-yə yaxın şəxsin yenidən imtahan verməsi üçün şərait yaradılacaq: “Onlar da həmin tarixlərdə keçirilən imtahanlarda iştirak edə biləcək. Bunun üçün onların xüsusi qeydiyyatdan keçməsinə ehtiyac yoxdur və həmin imtahan pulsuz olacaq. Ümidvaram ki, gələn həftə biz həmin imtahanların tarixini elan edə biləcəyik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki