Busaat.az xəbər verir ki,sabah aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz keçəcək. Səhər saatlarında şimal-şərq küləyi əsəcək, sonradan cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 8-11°, gündüz isə 15-19° isti olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış və şimşək ehtimalı var. Gecə 7-10°, gündüz 16-21° isti, dağlıq ərazilərdə isə gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.