Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 037 $▼0.11%
  • Ethereum1 784 $▲0.89%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“Araz” marketdən zəlzələyə yardım biabırçılığı – Bonuslar ləğv edildi

image-2022-05-06-16-04-26teo3ytkgispyqltfiptz_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın ən böyük supermarket şəbəkələrindən biri olan “Araz” Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün fırıldağa əl atıb. Belə ki, aylıq dövriyyəsi yüz milyonlarla manat olan market rəhbərliyi qardaş ölkəyə ayırdığı yardımı müştərilərin hesabına kompensasiya etməyə qərar verib.

Bakupost.az -ın əldə etdiyi məlumatlara görə, “Araz” marketlər şəbəkəsi Türkiyəyə yardım göstərdikdən sonra müştərilərə verilən bonusları ləğv edib.

Saytımızın iki əməkdaşı iki fərqli ünvanda bunun şahidi olublar.

Belə ki, əməkdaşlarımızdan biri 20-ci sahədə yerləşən “Araz Market”də təsadüfən kartına nə qədər bonus gəldiyi ilə maraqlanıb. Məbləğin az olduğuna təəccüblənən əməkdaşımız bunun səbəbini soruşduqda satıcı ona “10 manatdan az alış-veriş etdikdə daha bonus verilmir”, deyib.

Digər əməkdaşımız isə eyni halla Tbilisi prospektində yerləşən “Araz” marketdə qarşılaşıb. Belə ki, o, alış-veriş etdikdən sonra bonus kartını satıcıya uzatdıqda satıcı “xanım, onsuz da 10 manatdan az alver etmisiz, bonus verilməyəcək” deyib.

Əməkdaşımız bunun səbəbi ilə maraqlandıqda marketin kassada oturan əməkdaşı belə cavab verib: “Türkiyəyə yardım etdikdən sonra şirkətin rəhbərliyi belə qərar verir. 10 manat məbləğində alış-verişə bonus düşmür”.
Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsi əlaqə saxladıq.

Marketdən bildirildi ki, araşdırma aparılacaq.

Davamı olacaq….

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100555