Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 271 $▲1.81%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“Araz” marketin yeni kəşbek oyunu: Alıcılar yenə aldadılır?

image-1677238829151076939563f8a22da47a3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bugünlərdə supermarket şəbəkələrindən biri olan “Araz” marketdə alıcılar bonusla bağlı qeyri-adi vəziyyətlə qarşılaşmışdı.

Belə ki, əgər alıcı azı 10 manatlıq alış-veriş etmirsə, ona bonus verilmirdi. Qeyd edək ki, həmin hadisə ilə biz də “20-ci sahə” və “20 Yanvar” dairəsində yerləşən “Araz” marketdə rastlaşmışdıq.

Məsələn, 7 manatlıq alış-veriş edən alıcıya bildirilirdi ki, karta bonus yükləmək mümkün deyil, çünki bonus ancaq 10 manat məbləğində alışlara şamil olunur. Bununla bağlı mediada yayılan məlumatda isə qeyd edilirdi ki, market rəhbərliyi zəlzələ ilə bağlı Türkiyəyə ayırdığı yardımı müştərilərin hesabına kompensasiya etməyə qərar verib. Digər iddiaya görə isə yeni qərar supermerketin alıcıları daha yüksək məbləğdə alış-verişə məcbur etmək məqsədi daşıyır.

Yaranmış problemlə bağlı “Araz” supermarketlər şəbəkəsinin rəsmi nümayəndəsi açıqlamasında bildirmişdi ki, qardaş türk xalqına edilən yardımla bağlı “Araz” müştəri kartında toplanan kəşbəkin heç bir əlaqəsi yoxdur:

“Şikayətlə bağlı bildirmək istəyirik ki, müştərilərə verilən kartlar və kəşbəklər öz qüvvəsində qalır. Hər 10 AZN-lik alış-verişdə 2 % kəşbək müştərinin kartına geri qayıdır. Müştərilərimiz kartla yanaşı mobil tətbiqi yükləməklə də fiziki kartın üstünlüklərindən yararlana bilərlər”.

Qeyd edək ki, “Araz” marketdə baş verən bu prosesdən sonra alıcılar yeni dəyişikliyin şahidi oldular. Belə ki, bonus kartı ilə bağlı məhdudiyyət aradan qaldırıldı. Yəni bonus kartından istifadə üçün 10 manat tələbi aradan qaldırıldı və artıq hər zaman olduğu kimi alıcılar istənilən məbləğdə etdikləri alış-veriş üçün bonus kartını təqdim edə bilərlər. Ancaq bu dəfə də başqa problem ortaya çıxıb. Məlum olub ki, istehlakçılar yenə də aldadılır. Belə ki, alıcıların bonus kartı ilə bağlı 10 manatlıq alış-veriş tələbi olmasa da, onların 10 manatdan aşağı alış-verişinə əslində kəşbek verilmir.

Yəni daha az miqdarda bütün alış-verişin məbləği bonus kartına yüklənsə də, onlar toplanmır. Alıcılar nə qədər bonusun olduğunu öyrənmək istədikdə ancaq birdəfəyə 10 manatlıq alış-veriş etdikdə aldıqları kəşbeki görəcəklər. Daha az məbləğdə alış-verişlər kartda üst-üstə toplanmır və onlara kəşbek hesablanmır. Buna görə də hətta marketdə bəzi alıcılara kəşbek almaq üçün alış-veriş məbləğini azı 10 manata çatdırmaq təklif edilir. Bildirilir ki, əks halda məbləğ karta vurulsa da, daha sonar silinəcək və ona kəşbek hesablanmayacaq.

Məsələ ilə bağlı “ Araz” marketə sorğu göndərsək də, iki gün ərzində cavab ala bilmədik.

Cebhe.info

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101805