Arif Əsədov Azərbaycan millisindən getdi

image-1722607763_aebackend

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla yığmadan ayrılıb.

Busaat.az AFFA-nın saytına istinadən məlumatına görə, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək. Əsədova göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.

Qeyd edək ki, Əsədov 2020-ci ildən Azərbaycan millisinin məşqçisi idi. O, bu ilin mart ayından iyun ayınadək yığmanın müvəqqəti baş məşqçisi olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki