Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 958 $▲1.32%
  • Ethereum1 818 $▲2.78%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Cəmiyyət

Aslan İsmayılova 305 manat təqaüd təyin edildi - "Bu, ədalətsizlik yox, biabırçılıqdır"

image-aslanismayil9
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ildən aldığım təqaüd 305.76 AZN-dir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində çoxlu sayda şikayətlər olsa da, heç vaxt bu sahəyə diqqət ayırmamışdım. Bilirdim ki, Sahil Babayevin sələfləri bu sahəni elə bərbad günə salıblar ki, hər il minlərlə saxta təqaüdlər ləğv edilir və qısa müddətdə bu nazirlikdə qayda-qanun olmayacaq. Ancaq bu qədərini də bilmirdim.

Busaat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

“1975-ci ildən bu günə qədər (48 ildən artıq) bir ay da işsiz olmadan yekunda 304 manat təqaüd aldım. Bu 48 il ərzində tornaçı, hakim, məhkəmə sədri, Respublika Prokurorluğunda prokuror, Prezident Aparatında baş məsləhətçi olmuşam. 1994-cü ildən bu günə qədər isə imkan veriləndə vəkillik etmişəm, xaric ediləndə isə bir müddət lisenziya əsasında, bu qayda ləğv ediləndə etibarnamə əsasında hüquqşünas kimi fəaliyyət göstərmişəm. Bu məbləğ təyin ediləndə maraqlanıb gördüm ki, mənim vəziyyətimdə yüz minlərlə insan var. Deməli bizimlə, heç bir yerdə işləməyən insan arasında elə bir fərq yoxdur. Əvəzində prokuror, hakim işlədiyi dövrlərdə cib kəsənlər, qan içənlər 4-5 min təqaüd alırlar. Bunlardan bəziləri isə nəvələrini övladlığa götürüblər ki, onların ölümündən sonra nəvələri ailə üzvü kimi dövləti talamaqda davam etsinlər. Bu isə ədalətsizlik yox, biabırçılıqdır”, – hüquqşünas qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130104