Astarada qadınların bələdiyyə seçkilərində namizədliyi təşviq edilib – FOTOLAR

image-interpress_20245756b3e90768d9fd9cd5d056fe0c_r6tae98bpxc0jlgznk1m-640x336backend

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihənin icrasını davam etdirir.

5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə, bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.

Layihə çərçivəsində Masallı və Astara rayonlarının hər birində iki dəfə iki günlük seminar treninqlər və hər rayonda 1 dəfə 2 gün olmaqla görüşlər təşkil olunacaq. Ümumilikdə 12 tədbir həyata keçiriləcək. Tədbirdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadın (2 qrup*20 nəfər) iştirak edəcək.

Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur;

1. Region qadınlarının maarifləndirmə və məlumatlandırması– qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması),

1. Seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılması ilə qərar qəbul etmədə rollarının artırılması) – gender bərabərliyinə nail olmaq.

Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər.

Layihə çərçivəsində növbəti tədbir sentryabrın 4-də Astara rayonunda keçirilib. Tədbirdə bələdiyyə seçkilərində namizədliyini irəli sürmək istəyən 17 nəfər qadın iştirak edirdi.

Donor və layihənin məqsəd haqda izahat verildikdən sonra, 1-ci mərhələnin qısa xülasəsi aparılıb. İştirakçılar tərəfindən çıxışlar olub.

Aşağıdakı mövzular haqda məlumatlar verilib, müzakirələr aparılıb;

1. Yerli özünüidarəetmə və bələdiyyələr haqqında.

2. Bələdiyyə seçkilərində iştirak etmək üçün nədən başlamalı? Ərazinin və mövcud vəziyyətin öyrənilməsi, seçki qanunvericiliyi və prosesi barədə məlumatlılıq.

3. Seçki kampaniyasının məqsədinin müəyyənləşdirilməsi. Seçki siyahıları.

4. Seçki kampaniyasının hədəfininin müəyyənləşdirilməsi. Seçki kampaniyasının mesajının hazırlanması.

Sonda kiçik qruplarda iş və təqdimat keçirilib.

           

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki