ATV rəhbərliyinə xəbərdarlıq – Manaf Ağayevə görə

ATV rəhbərliyinə xəbərdarlıq – Manaf Ağayevə görəbackend

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Busaat.az-a açıqlamasında bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, – deyə T. Dadaşov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki