Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft105.81 $▲0.48%
  • WTI neft97.65 $▲0.59%
  • Avropa qazı (TTF)96.84 €▲3.63%
  • Təbii qaz (ABŞ)2.896 $▲0.42%
  • Qızıl3 914 $▼0.48%
  • Gümüş48.94 $▼1.32%
  • Pambıq77.22 ¢▼0.43%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin77 053 $▲0.49%
  • Ethereum2 269 $▲0.85%
  • S&P 5007 541▼0.52%
19°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
İdman

“Avro-2020” Bakıda – Məşq stadionları, otellər…

image-avroo
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sabah futbol üzrə Avropa çempionatı start götürür.

Tarixdə ilk dəfə olaraq bu nüfuzlu yarışın 3-ü qrup, 1-i isə 1/4 final olmaqla 4 oyunu Bakıda keçiriləcək. A qrupunun 4 təmsilçisindən 3-nün – Türkiyə, Uels və İsveçrənin bəzi oyunları Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

Artıq Uels və İsveçrə komandaları iyunun 7-də ölkəmizə gəliblər. Türkiyə isə iyunun 11-də İtaliya ilə Romada keçirəcəyi açılış oyunun ertəsi günü Azərbaycana səfər edəcək.

Bəs, oyunlara hazıqlıq üçün bu komandalar paytaxtımızda hansı arenada hazırlaşacaq, onlar harada məskunlaşacaqlar?

Qol.az saytının bununla bağlı sorğusuna cavab olaraq AFFA-nın mətbuat xidmətindən bildirilib ki, Uels “Hilton” otelini, İsveçrə “Bilgah Beach Hotel”i seçib. Qardaş Türkiyə millisi isə “Fairmont Bakü Flame Towers”də qalacaq.

Məşqlərə gəlincə, Uels Tofiq Bəhramov adına Respublika Stadionu, İsveçrə Mərdəkandakı “Dalğa Arena”, Türkiyə isə “Bakcell Arena”da məşq edəcək. Hər komanda Bakıdakı oyundan bir gün öncə son məşqini isə Bakı Olimpiya Stadionunda keçirəcək.

Bakıdakı keçiriləcək oyunların siyahısı

12 iyun
Uels – İsveçrə

16 iyun
Türkiyə – Uels

20 iyun
İsveçrə – Türkiyə

3 iyul

1/4 final

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49274