Avro-2020: İsveç Slovakiya üzərində qələbə qazandı

image-isvbackend

Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.

Busaat.az xəbər verir ki, günün ilk matçında E qrupu çərçivəsində İsveç və Slovakiya yığmaları üz-üzə gəlib. Qarşılaşma İsveçin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qələbəsini qazanan İsveç yığması 4 xalla qrup lideri olub.

Qeyd edək ki, günün digər qarşılaşmaları D qrupunda Çexiya – Xorvatiya, İngiltərə – Şotlandiya yığmaları arasında keçiriləcək.

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

AÇ-2020
18 iyun

E qrupu

İsveç – Slovakiya 1:0
Qol: E.Forsberq, 77-pen.
Baş hakim: Daniel Zibert (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90