“Avro-2024”ün finalına çıxan 21 ölkə – SİYAHI

image-1700628295_191207_byu8sq4su1backend

Ötən gecə “Avro-2024”ün seçmə mərhələsinə yekun vurulub.

Busaat.az xəbər verir ki, son gündə B, D və İ qruplarında 10-cu turun oyunları keçirilib.

D qrupunda yer alan Xorvatiya Ermənistana qalib gələrək “Avro-2024”ə vəsiqəni təmin edib. Türkiyə millisi ilə Uelslə heç-heçə edib.

Beləliklə, Xorvatiya, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya Sloveniya, eləcə də turnirin təşkilatçısı kimi Almaniya “Avro 2024”ə vəsiqə qazanıb.

Daha dörd iştirakçı pley-offun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

21 noyabr

Avro-2024, seçmə mərhələ, 10-cu tur

B qrupu

Cəbəllütariq – Niderland – 0:6

Yunanıstan – Fransa – 2:2

Xal durumu: Fransa – 22, Niderland – 18, Yunanıstan – 13, İrlandiya – 6, Cəbəllütariq – 0.

D qrupu

Xorvatiya – Ermənistan – 1:0

Uels – Türkiyə – 1:1

Xal durumu: Türkiyə – 17, Xorvatiya – 16, Uels – 12, Ermənistan – 8, Latviya – 3.

İ qrupu

Andorra – İsrail – 0:2

Kosovo – Belarus – 0:1

Rumıniya – İsveçrə – 1:0

Xal durumu: Rumıniya – 22, İsveçrə – 17, İsrail – 15, Belarus – 12, Kosova – 11, Andorra – 2.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki