Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.34 $▼6.10%
  • WTI neft86.54 $▼5.22%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.213 $▲6.29%
  • Qızıl4 145 $▲0.27%
  • Gümüş53.61 $▲0.92%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.75 ¢▼0.13%
  • Bitcoin75 000 $▼0.34%
  • Ethereum2 125 $▼0.36%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

"Avropa Beynəlxalq Hospital"da özbaşınalıq: "Mənə qazi yalvarmasın!"

image-1747739458_media-avr-ae79cs-1-750x375
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Avropa Beynəlxalq Hospital”dan şikayət var.

“Xəbərsiz”in qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, bir neçə gün öncə hospitalın Salyan rayon filialına üz tutan Vətən müharibəsi qazisi və onun azyaşlı övladına qarşı qanun pozuntusuna yol verilib.

Şikayətçinin sözlərinə görə, o, hospitala müraciət edənlər üçün nəzərdə tutulmuş “Əlilliyi olan şəxslər üçün 30 faiz endirim” kampaniyasından yararlanmağa çalışıb. Lakin filial müdiri qazinin bu istəyini nəzərə almayaraq, ona və övladına qarşı kobudluq edib.

İddiaya əsasən, qazinin 3-cü dərəcəli əlilliyi olan övladının laborator analizləri üçün endirim tətbiq olunmayıb. Bu isə qazi və xəstəxana əməkdaşları arasında gərginliyə səbəb olub.

Şikayətçi iddia edir ki, filial müdiri “Mənə qazi gəlib yalvarmasın, buranın ağası mənəm. Mən bilərəm kimə, nə qədər endirim edərəm. 10 faiz endirim edin, əl çəksinlər” deyə açıqlama verərək, qazi və onun övladının xəstəxanadan uzaqlaşdırılmasını əmr edib.

Mövzu ilə “Avropa Beynəlxalq Hospital”la əlaqə saxlamağa çalışsaq da, mesajlarımız və zənglərimiz cavabsız qaldı. Biz qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178894