Avropa çempionatında tarixi gün

image-149092backend

Ötən gün Avropa çempionatları tarixində ilk qeydə alınıb.

Busaat.az  “Opta”ya istinadən xəbər verir ki, Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda E və F qruplarında 4 görüşdə ümumilikdə 18 qol vurulub. İspaniya Slovakiyanı 5:0 hesabı ilə məğlub edibsə, İsveç Polşaya 3:2 hesabı ilə qalib gəlib. Portuqaliya Fransa ilə, Almaniya isə Macarıstanla 2:2 hesablı heç-heçəyə razılaşıb. Beləliklə, tarixdə ilk dəfə Avropa çempionatlarında 1 oyun günündə 18 qol vurulub. Bu isə turnirin tarixində rekord göstəricidir.

Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsi dünən keçirilən qarşılaşmalarla başa çatıb. İyunun 26-da isə turnirin 1/8 final mərhələsi start götürəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki