Avropa İttifaqının texniki qrupu İrəvana gəldi

image-photo_182753backend

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) İrəvanda səfərdə olan texniki qrupunun nümayəndələri ilə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə Ermənistan XİN başçısı və Aİ-nin texniki qiymətləndirmə qrupu Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Aİ monitorinq missiyasının iş üsullarını, hara yerləşdiriləcəklərini və digər detalları müzakirə ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90