Avropada enerji millətçiliyi – Norveç Baş naziri xəbərdarlıq etdi

image-kapak_232605backend

 Enerji böhranı Avropada daha çox “enerji millətçiliyinə” səbəb ola bilər.

Busaat.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Jonas Gahr Store xəbərdarlıq edib:

“Hazırda yaşadığımız kritik vəziyyətdə, elektrik enerjisi və qazın yüksək qiymətləri sadə insanlara, sənayeyə, iş yerlərinə və iqtisadiyyata təsir göstərir. Buna görə də, hamımızın milli şərait və elektrik enerjisini necə təmin etdiyimizlə daha çox maraqlanmaq təhlükəsi var”.

Enerji böhranının hər bir ölkənin öz ehtiyaclarına üstünlük verməsinə səbəb ola biləcəyini ifadə edən Store, bəzi Avropa ölkələrinin geridə qalmasının qarşısını almaq üçün ölkələr arasında əməkdaşlığın vacib olduğunu söyləyib.

Norveçin qonşu ölkələrlə enerji paylaşmağa davam edəcəyini vurğulayan Store bildirib: “Əgər hər ölkənin öz qapalı sistemi olsaydı, aclıq dövrlərini zamanı ehtiyaclarımızı qarşılamaq üçün çox böyük ehtiyatlar yaratmalı olardıq. İndi biz bunu yaxşı balanslaşdıra bilmişik və bu əməkdaşlıqda diqqətli olmalıyıq”.

Qazın qiymətinin Ukraynadakı müharibədən əvvəlki səviyyəyə çatdığına toxunan Store, “Avropa İttifaqında (Aİ) əməkdaşlığın nə qədər irəlilədiyini anlamağa dəyər. Aİ liderləri qiymətləri aşağı salmağı bacardılar və bazar qiymətlərini sabitləyən bir sıra birgə tədbirlər gördülər” – deyə, əlavə edib.

Qeyd edək ki, Norveç böhran dövründə ölkəsini kifayət qədər elektrik enerjisi ilə təmin etmək üçün Avropaya elektrik enerjisi ixracını azaltmaq planı üzərində çalışırdı. Ancaq plan çərçivəsində formalaşacaq “idarəetmə mexanizmi”nə görə Skandinaviya ölkələri və Aİ tərəfindən tənqid edilib. Store isə bununla bağlı heç bir tənqid almadığını bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90