Avropadan Türkiyəyə xilasedici qruplar göndərən ölkələrin sayı 23-ə yüksəlib

image-avropa_ittifaqi_000backend

Böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul Avropa Birliyi (AB) üzvü Lenarçiç, AB Komissiyası üzvlərinin həftəlik toplantısından sonra keçirdiyi mətbuat konfransında Avropadan Türkiyəyə göndərilən qruplar haqqında məlumat verdib.

Busaat.az xəbər verir ki, yardımla bağlı məlumatların çox sürətlə dəyişdiyini və bunun Türkiyə ilə həmrəylik əlaməti olduğunu vurğulayan Lenarçiç, səhər saatlarından etibarən 20 AB ölkəsi və AB Mülki Müdafiə Mexanizminə üzv olan 3 Avropa ölkəsinin bir qrup vətəndaşın göndərilməsi üçün hərəkətə keçdiyini söyləyib.

Diplomat qeyd edib ki, bu təşəbbüslərə cəmi 36 axtarış-xilasetmə qrupu və tibbi qruplar daxildir.

Lenarçiç izah edib ki, bu qruplar 1500 zabit və 100 axtarış-xilasetmə itindən ibarətdir.

Zəlzələdən zərər çəkmiş insanlara sığınacaq təmin etmək üçün ədyal, çadır və qızdırıcı kimi materialların göndərilməsi üçün çalışdıqlarını qeyd edən Lenarçiç qısa müddətdə bu avadanlıqların göndəriləcəyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90