Avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlandı

image-avtomat55backend

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Busaat.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək müsadirə edilib.

Bundan başqa, həmin şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90