Avtomobil qaz xəttinə çırpıldı – 8 minə yaxın abonent qazsız qaldı

image-jd7qqfuwlltnt3awuhm5czeo0c7tx2zz8ixbj8ir_825backend

Ordubad rayonunda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.

Busaat.az xəbər verir ki, rayonu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində qəza olub.

Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.

Hazırda bərpa işləri aparılır. İşlər yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki