“Aygün incidi və Fəxri Xiyabanda dəfn olunmaq istəmədi” – Zümrüd Hümbətova

image-1732092433_whatsapp-image-2024-11-20-at-12-46-28backend
“Aygün xalqın gözündə Xalq artisti idi, çünki ona olan sevgi o həyatda olmasa da bu gün belə azalmayıb”.
Bu sözləri AZXEBER.COM-a müsahibəsində Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Aygün (Hümbətova) deyib.
Zümrüd xanım ölümündən sonra Aygün Bəylərə Xalq artisti adı verilməsi təklifi ilə bağlı ilk dəfə açıqlama verib:
“Belə bir təklif rəsmi şəkildə olmadı. Heç biz gözləmirdik də. Aygün konsertdən öncə mənimlə bu haqda danışmışdı. O bu adı çox istəyirdi. Deyirdi ki, konserti gözləyirəm, bitsin, mənə Xalq artisti adı verəcəklər. Hər bayramda günləri sayırdı. Sonra ki, halı dəyişdi, vəziyyəti ağırlaşdı. Türkiyəyə gedənə yaxın dedi ki, “Birdən mənə bir şey olsa, ölümümdən sonra mənə ad versələr, götürməyin!”. İncidi! Çünki Aygün illərlə o ada görə çalışdı, bacardığını elədi. Amma layiqincə istədiyini ala bilmədi”.
Bacısı, Əməkdar artistin Suraxanı qəbristanlığında dəfn olunmaq vəsiyyətindən də danışıb:
“Aygün küsmüşdü. Ona görə də vəsiyyət elədi ki, məni Yeni Suraxanı qəbristanlığında dəfn edin, Fəxri Xiyabanı istəmirəm. Ona görə də, biz onun vəsiyyətini  böyük hörmətlə yerinə yetirdik”.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki