Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.47 $▼4.95%
  • WTI neft87.50 $▼4.17%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.200 $▲5.86%
  • Qızıl4 112 $▼0.52%
  • Gümüş52.84 $▼0.53%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.50 ¢▼0.34%
  • Bitcoin74 600 $▼0.17%
  • Ethereum2 121 $▼0.17%
  • S&P 5007 547▲2.33%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İdman

Aylıq gəlirini açıqladı - 5 milyon...

image-saran
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qanunsuz mərc reklamı ilə bağlı açılan cinayət işi üzrə hakim qarşısına çıxan iş adamı, №Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran məhkəmədə aylıq gəlirinin 5 milyon türk lirəsi olduğunu bildirib.

Busaat.az xəbər verir ki, İstanbul Məhkəməsində keçirilən iclas zamanı gəliri ilə bağlı sualı cavablandıran Saran bu vəsaiti uzun illər ərzində qurduğu biznes fəaliyyəti nəticəsində əldə etdiyini qeyd edib.

“Mən dövlət qulluqçusunun övladıyam və bu şirkəti 30 il ərzində öz zəhmətimlə qurmuşam. Qanunsuz mərc oyunlarını təşviq etmirik”, – deyə o bildirib.

Qeyd edək ki, Sadettin Saran “S Sport” internet yayım platformasında yayımlanan futbol matçları zamanı qanunsuz mərc reklamı verilməsi iddiası ilə mühakimə olunur. İş İstanbul Baş Prokurorluğunun Kibercinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma əsasında açılıb.

Bu, Saranın sözügedən iş üzrə ikinci dəfə hakim qarşısına çıxmasıdır. O, daha əvvəl 26 dekabr 2024-cü ildə ifadə vermişdi.

Prokurorluq Sadettin Sarana 1 ildən 3 ilə qədər həbs və 3000 günədək cərimə cəzası verilməsini tələb edib. İttiham aktı baxılması üçün birinci instansiya cinayət məhkəməsinə təqdim olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179367