Aysun hansı həmkarından incidi? “Salamımı almır” 

image-aysunbackend

“Bir zamanlar aramızın çox gözəl münasibət olduğu bir xanım müğənni var, indi aramız limonidir”.

Busaat.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova sosial şəbəkə hesabındakı paylaşımında deyib.

İfaçı ad çəkmədən xanım həmkarına səslənib:

“Yəqin ki, xanımın mənimlə nəsə problemi var, amma mən nə olduğunu bilmirəm. Mənim onunla heç bir problemim ola bilməz, çünki o, mənim anam yaşındadır. Adını çəkməyəcəm, etik deyil. Niyəsə sizinlə olduğum bütün məclislərdə problem yaşayıram. Ya səs rejissoru ilə problem yaşayıram, ya başqa nəsə problem olur, ya salam verirəm, salamımı almırsınız. Nə məsələdir bu?”

“Hörmət hörmətə bağlıdır. Mənim anam da bütöv məclisləri idarə edir. Hətta ora gənc ifaçılar gələndə anam onlarla canlı ifalara da çıxıb, dəstək olur. Ayıbdır. Nəyə lazımdır? Siz bütün məclisi idarə edirsiniz, mənsə yarım saatlıq səhnə alıram”, – deyə İsmayılova əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki